PSJ-nin futbolçusu bir il oynayacaq, sonra məşqçi olacaq

17:20 12 İyun 2017

Tyaqo Motta daha bir il PSJ-də qalacaq.

 

Sportarena.az xəbər verir ki, Motta ilə yeni müqavilə bağlanıb. 34 yaşlı yarımmüdafiəçinin müqaviləsi iyunun 30-da başa çatırdı. Ancaq tərəflər yeni müqavilə barədə razılıq əldə ediblər.

 

Yeni müqavilə bir illik nəzərdə tutulub. Bundan sonra Motta PSJ-də qalaraq, məşqçi kimi fəaliyyət göstərəcək. O, Paris klubunun gənclər komandasına başçılıq edəcək.

 

Qeyd edək ki, Tyaqo Motta PSJ-də 2012-ci ilin yanvarından çıxış edir.


Xəbər xətti