Ronaldoya şad xəbər - Əkizləri dünyaya gəldi

22:16 12 İyun 2017

Futbolçu Kriştiano Ronaldonun əkiz övladları dünyaya gəlib.


Sportarena.az xəbər verir ki, bu barədə Portuqaliyanin SIC telekanalı məlumat yayıb. Belə ki, iki gün əvvəl surroqat ana vasitəsi ilə Ronaldo növbəti dəfə ata olub. Əkizlərdən biri oğlan, digəri qızdır.

Eyni zamanda "Real Madrid"in ulduzunun sevgilisi Corcina Rodrigezin də hamilə olduğu deyilir.

Qeyd edək ki, Ronaldonun surroqat ana vasitəsi ilə dünyaya gələn bir oğlu var.


Xəbər xətti