Pesalli ölümündən əvvəl "Neftçi"yə qayıtmaq istəyib? - AÇIQLAMA

15:22 13 İyun 2017

"Neftçi"nin sabiq futbolçusu Jonas Pesallinin avtomobil qəzasında həlak olduğu barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, onun paytaxt klubuna keçməsində rol oynayan menecer Kamil Məmmədov futbolçu barədə danışıb. Yeniçağ.az saytına açıqlama verən Məmmədov futbolçunun 1 həftə əvvəl ona zəng edərək "Neftçi”yə qayıtmaq istədiyini söyləd bildirib:

 

“Pessalli Fransada oynayırdı. Qısa müddətlik baxışdan sonra “Neftçi”yə transfer olundu. Qışda komandada qalmağı təklif olunmuşdu. Sadəcə, onun uşaqlıq məşqçisi “Parana”nı çalışdırırdı. Pessalliyə dəvət göndərdi, o da getdi. Amma bir həftə bundan əvvəl mənə zəng vurmuşdu ki, “Neftçi”yə qayıda bilərəm? Elxan Abdullayev burada yox idi. Düzü, qəti fikir bildirmədi. Braziliya klublarında rəqabət çox güclüdür. O, Bakını çox bəyənmişdi, getmək istəmirdi. Pessalli pozitiv insan idi. Onunla ünsiyyət quranda çətinlik çəkmirdim. Ölümünü eşidəndə çox pis oldum”.


Xəbər xətti