"Qarabağ" daha bir futbolçu ilə yollarını ayırdı

15:48 13 İyun 2017

“Qarabağ” yarımmüdafiəçisi Muarem Muaremlə yolları ayırıb.

 

Sportarena.az xəbər verir ki, makedoniyalı futbolçuyla başa çatan müqavilə yenilənməyib.

 

Qeyd edək ki, Muarem Muarem 2012/15 “Qarabağ”dan Türkiyənin “Eskişehirspor” klubuna keçmişdi. 28 yaşlı yarımmüdafiəçi 2016-cı ildə yenidən “Qarabağ”a qayıtmışdı.


Xəbər xətti