"Neftçi"də yeni məşqçi

12:57 14 İyun 2017

"Neftçi”nin qapıçılar üzrə məşqçisi vəzifəsinə yeni təyinat baş tutub.

 

Komanda.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəni Rauf Salamov yerinə yetirəcək.

 

49 yaşlı məşqçi 1994-1996, 1998-1999-cu illərdə "Neftçi”də çıxış edib. Salamov bu müddət ərzində ölkə çempionatının (1996), kubokunun (1995, 1996) və superkubokunun (1995) qalibi olub.

 

Qeyd edək ki, "Neftçi"nin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko isə artıq komandadan ayrılıb.


Xəbər xətti