UEFA Xaqani Məmmədovun yalanını ifşa etdi - Əliyar Ağayev ikinci kateqoriyada qaldı

13:38 14 İyun 2017

UEFA birinci kateqoriyaya yeni qoşulan hakimlərin adlarını açıqlayıb. 


Sportarena.az xəbər verir ki, azərbaycanlı FİFA referisi Əliyar Ağayevin də hansı sırada yer alacağı məlum olub. Gənc referimizin birinci kateqoriyaya düşəcəyi gözlənilsə də, bu, baş verməyib. UEFA onu ikinci kateqoriyada saxlayıb. Birinci kateqoriyaya Karlos Del Qerro Qrande (İspaniya), Oriel Qrinfeld (İsrail), Andreis Treimanis (Litva), Daniel Stefanski (Polşa) yüksələ biliblər.

 

Digər beynəlxalq dərəcəli hakimlərimiz Rəhim Həsənov və Ömər Paşayev isə üçüncü kateqoriyada qərarlaşıblar.


Qeyd edək ki,  AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov mətbuata açıqlamasında bildirmişdi ki, Əliyar Ağayev yeni mövsümdən birinci kateqoriyaya keçəcək.


Digər xəbərlər

Xəbər xətti