"Kəpəz"dən ayrılan futbolçudan təşəkkür mesajı

15:58 14 İyun 2017

Renan Silva Alveş "Kəpəz"dən ayrıldığı barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, Alveş sosial şəbəkədəki hesabından "Kəpəz" azarkeşlərinə təşəkkür edib:

 

"Hər kəsə salamlar. "Kəpəz" ailəsinə, komandamızı hər zaman dətstəkləyən azarkeşlərə, klub rəhbərliyinə, məşqçilər heyətinə və komanda yoldaşlarıma təşəkkür edirəm. Hər şey üçün çox sağ olun. Bu bir il ərzində böyük və tarixi olan komandada oynadığım üçün özümü xoşbəxt sayıram. "Kəpəz"ə hər zaman adına yaraşan şəkildə - yüksəklərdə olmasını arzulayıram. Azərbaycanın bir nömrəli azarkeşləri olan "Kəpəz" fanatlarına məni həmişə dəstəklədikləri üçün minnətdaram. Bu komanda hər zaman qəlbimdə yaşayacaq və mən hər zaman "Kəpəz"in azarkeşi olaraq qalacam. Hər şey üçün təşəkkürlər, Kəpəz. Təşəkkürlər, Azərbaycan!"


Digər xəbərlər

Xəbər xətti