"Qarabağ" Avstriyaya tam heyətlə yollanmadı

14:55 16 İyun 2017

"Qarabağ" bu gündən etibarən 2017/18 mövsümünün hazırlıqlarının ikinci mərhələsinə start verir.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun heyəti günorta saatlarında Bakı-İstanbul- Zalsburq reysi ilə Avstriyaya yola düşüb. Milli komandaların heyətlərində olan futbolçular iyunun 20-də düşərgəyə qoşulacaq.

 

"Qarabağ"ın yerli vaxtla saat 18:00-da Zalsburqa çatması gözlənilir. Komanda ötən illərdə olduğu kimi Almaniya - Avstriya sərhədində yerləşən Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq.


Digər xəbərlər

Xəbər xətti