"İnter"in son sınağı

11:37 17 İyun 2017

Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün sonuncu yoxlama oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, komanda Georgi Hacının baş məşqçisi olduğu Rumıniyanın "Vitorul" klubu qarşılaşacaq. Düzce stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.

 

Qeyd edək ki, "İnter" bundan əvvəl yoxlama oyunlarında "Zirə"yə uduzub (0:2), Kamerunun "Colombe Sportive du Dja et Lobo" klubuna qalib (1:0) gəlib.


Digər xəbərlər

Xəbər xətti