"Milan"dan "Real"a təklif - Navasla onu dəyişək

14:53 17 İyun 2017

Canluici Donnarumma ilə yeni müqavilənin şərtlərində razılığa gələ bilməyən “Milan” qapıçı axtarışlarına başlayıb. 


Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar”ın hədəfində olan qolkiperlərdən biri də “Real”da çıxış edən Keylor Navasdı. Madrid klubu Donnarummanı transfer etmək istəyir. Bu səbəbdən də 18 yaşlı qolkiperin Navasla dəyişdirilmək ehtimalı yaranıb. 


2 klub arasında razılıq əldə olunsa, “Real” Donnarummaya qarşılıq Navasla yanaşı, 30 milyon avro da ödəyəcək. 


Digər xəbərlər

Xəbər xətti