"Qəbələ" Avstriya və Bolqarıstan klubuna qarşı

13:51 18 İyun 2017

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün mini turnirdə iştirak edəcək.

 

Sportarena.az xəbər verir ki, "qırmızı-qaralar" Avstriyanın “Vakker” və Bolqarıstanın MOİK klubları ilə birlikdə “Stubay Cup”da qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmalarda klublar bir-biri ilə 1 hissədən ibarət oyunlarda qarşılaşacaq.

 
Qeyd edək ki, “Qəbələ” Avstriya toplanışında iki yoxlama oyunu keçirib.  “Fulpmes”ə  8:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar”  Rusiya “Axmat”ına uduzub – 0:1.


Xəbər xətti