"Barselona" dostlarına şampan qonaqlığı verdi - 37 milik - FOTO

16:55 18 İyun 2017

“Barselona”nın futbolçusu Lionel Messi İbitsada istirahət edir.

 

Sportarena.az xəbər verir ki, Messi restoranda verdiyi hesabla gündəmə gəlib. Argentinalı “Kabare” restoranında dostları ilə əylənib. Leo 37 min 330 avro hesab verib. Pul əsasən şampan şərablarına sərf olunub. Messi və dostları düz 41 butulka şampan içiblər. Bunun da qiyməti 24,5 min avro edib. Onlar şampandan başqa 27 ədəd pitsa da sifariş ediblər.

 

Qeyd edək ki, iyunun 30-da Messinin toyu olacaq.

 


Digər xəbərlər

Xəbər xətti