PSJ Ronaldo üçün hərəkətə keçfi - Fantastik təklif

17:26 18 İyun 2017

PSJ son günlər "Real"dan getmək istədyi deyilən Kriştianu Ronaldonun ələ keçirmək üçün kifayət qədər pul xərcləmək fikrindədir.

 

Sportarena.az xəbər verir ki, Paris klubu ulduz futbolçunu 150 milyon avroya transfer edib ona mövsüm ərzində 30 milyon avro məvacib ödəməyə hazırdır. Bu barədə klubun prezidenti Naser Əl-Xəlaifi Ronalldonun agenti Jorje Mendeşə məlumat verib.

 

Böyük Britaniyanın "Daily Mail" nəşri qətərli funksionerlə Mendeş arasında görüşün iyunun 3-də Kardifdə baş tutduğunu yazır.

 

Qeyd edək ki, Ronaldonun PSJ ilə yanaşı "Mançester Yunayted", "Monako" və bir Çin klubunun transfer siyahısında yer aldığı bildirilir.


Digər xəbərlər

Xəbər xətti