Mariya Stadnik Azərbaycan əsgərinə məktub yazdı

13:12 20 İyun 2017

Güləşçi Mariya Stadnik Azərbaycan əsgərini məktub yazıb.

Sportarena.az xəbər verir ki, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən bu sosial layihə çərçivəsində insanlara Azərbaycan əsgərinə məktub yazmaq, bununla da onların döyüş ruhunun qaldırılmasına dəstək olmaq imkanı yaradılıb. Sevindirici haldır ki, milliləşdirilmiş güləşçi Mariya Stadnik də bu layihəyə qoşulub. Üç qat Olimpiya mükafatçısı ürək sözlərini belə ifadə edib: 


"Azərbaycan əsgərlərinə can sağlığı arzulayıram. Sizə minnətdaram ki, siz öz vətənpərliyinizlə bizim ölkəmizi qoruyursunuz və biz sakit yaşayırıq. Allah sizi və ailənizi qorusun!"


Digər xəbərlər

Xəbər xətti