"Səbail" 2 yoxlama oyunu keçirəcək

14:37 20 İyun 2017

Premyer Liqanın yeni sakini "Səbail" hazırlıqlarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi hazırlığın ilk mərhələsini ölkə daxilində keçəcək. Samir Əliyevin yetirmələri bu müddət ərzində iki yoxlama matçında qüvvəsini sınayacaq. "Səbail"in ilk sınaqçı rəqibi "Binə" olacaq. "Aslanlar" ikinci yoxlama görüşünü iyulun 2-də "Kapital Bank Arena"da "Sumqayıt"la keçirəcək.

 

 Qeyd edək ki, "Səbail" hazırlıq prosesinin ikinci mərhələsini Türkiyədə davam etdirəcək. Komanda iyul ayının ortalarında qardaş ölkəyə üz tutacaq.


Digər xəbərlər

Xəbər xətti