"İnter" - "Mladost" matçının stadionu dəyişdirildi

17:25 20 İyun 2017

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçriləcək "İnter" - "Mladost" oyununun keçiriləcəyi stadion dəyişdirilib.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi yenidən “Dalğa Arena” variantına dönüb. I təsnifat mərhələsindəki qarşılaşmanın ilk olaraq məhz bu arenada keçirilməsi planlaşdırılsa da, sonradan rəhbərlik 8-ci km qəsəbə stadionunu üstün tutmuşdu. Lakin yenidən qərarını dəyişən bakılılar Serbiya klubunu “Dalğa Arena”da qəbul etmək qərarına gəliblər.

 

Qeyd edək ki, “İnter”lə “Mladost” arasında ilk oyun iyunun 29-da Luçanidə, cavab qarşılaşması isə iyulun 6-da Bakıda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti