"Səbail" "Qarabağ"ın qapıçısını transfer etdi

21:40 20 İyun 2017

Başa çatan mövsümün qış fasiləsində "Səbail"ə qoşulan Emil Balayev daha iki il paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

 

Sportarena.az xəbər verir ki, son 6 ayda icarə əsasında 11 oyunda “Səbail”in qapısını qoruyan 23 yaşlı qolkiper "Qarabağ"dan birdəfəlik transfer olunub və onunla iki illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, “Səbail” növbəti mövsümdən Premyer Liqada çıxış edəcək.


Digər xəbərlər

Xəbər xətti