"Yuventus"dan 30 milyonluq transfer

21:27 22 İyun 2017

“Yuventus” "Sampdoriya"nın futbolçusu Patrik Şikin transfer edib.

 

Sportarena.az xəbər verir ki, Turin təmsilçisinin saytı bu barədə məlumat yayıb. 21 yaşlı hücumçu tibbi baxışdan keçmək üçün klubun bazasına gəlib. Onunla 3 illik rəsmi müqavilə imzalanıb. "Yuventus" Çexiya millisinin üzvünün transferi üçün “Sampdoriya”ya 30,5 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, 21 yaşlı forvard ötən mövsüm “Sampdoriya”nın heyətində meydana çıxdığı 32 oyunda 11 qol vurub və 6 məhsuldar ötürmə verib.


Digər xəbərlər

Xəbər xətti