"Qarabağ" məşq etdi, Almeyda izlədi - VİDEO

12:15 23 İyun 2017

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” hazırlığın altıncı gününü tək məşqlə başa vurub.

 

Sportarena.az xəbər verir ki, axşam baş tutan məşq yerli vaxtla saat 19:00-da start götürüb və təxminən bir saat yarım davam edib. Dani Kintana fizioterapevt nəzarəti altında fərdi çalışmalarla kifayətlənib.

 

Komandaya yeni qoşulan yarımmüdafiəçi Riçard Almeyda isə məşqi kənardan izləyib.

 

 


Xəbər xətti