"Qəbələ" hollandiyalı müdafiəçi transfer etdi - RƏSMİ

14:35 24 İyun 2017

2017/18 mövsümü üçün heyətini gücləndirməkdə davam edən “Qəbələ” daha bir futbolçunu heyətinə cəlb edib.
 

Sportarena.az xəbər verir ki, bunadək İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, Xavyer Ernandes Qonzales və Stiven Jozef-Monrozla anlaşan “qırmızı-qaralar” Dion Maloneni də transfer edib. Surinam əsilli hollandiyalı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 


28 yaşlı sağ cinah müdafiəçisinin karyerası Hollandiya klubları ilə bağlı olub. “Omnivorld” klubunun yeniyetmə komandalarında çıxış edən Malone peşəkar karyerasına 2008-ci ildə başlayıb. O, 2012-ci ilədək bu klubun əsas komandasında çıxış edib. Dion 2012-ci ildə digər Hollandiya klubu “Den Haaq”a keçib və 5 mövsüm bu klubun uğurları üçün çalışıb.


Digər xəbərlər

Xəbər xətti