Anton "Qarabağ"ı niyə seçib? - Meneceri səbəbini açıqladı

14:16 25 İyun 2017

Ukraynanın "Şaxtyor" klubundan "Qarabağ"a keçən Anton Kanibolotskinin keçidinin səbəbi məlum olub.

 

Sportarena.az xəbər verir ki, Kanibolotski Donetsk klubuna Andrey Pyatovun əvəzedicisi olmaq istəməyib. Bu barədə 29 yaşlı qolkiperin agenti Vadim Şablin "instagram" səhifəsində yazıb:

 

"Şübhə etmirəm ki, Anton Azərbaycanın ən güclü klublarından birində sabit oyun praktikası, həmçinin, Çempionlar Liqasının qrup mərhələsinə düşmək imkanı qazanacaq".


Digər xəbərlər

Xəbər xətti