Portuqaliya millisində ciddi itki

14:54 27 İyun 2017

Portuqaliya millisinin futbolçusu Pepe Konfederasiyalar kubokunda yarımfinal oyununu buraxacaq.

 

Sportarena.az xəbər verir ki, buna səbəb onun A qrupunun sonuncu turunda Yeni Zelandiya ilə matçda sarı vərəqə limitini doldurmasıdır. Turnirdə ikinci sarı vərəqəsini alan 34 yaşlı müdafiəçi cəzalı duruma düşüb.

 

Qeyd edək ki, 1/2 final mərhələsi çərçivəsində baş tutacaq Portuqaliya - Çili görüşü iyunun 28-də saat 22:00-da başlayacaq.


Xəbər xətti