Baneqa "Sevilya"ya qayıtdı

14:37 28 İyun 2017

İspaniya La Liqa təmsilçisi “Sevilya” heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Əndəlus təmsilçisi “İnter”dən Ever Baneqanı heyətinə cəlb edib. Bu barədə məlumatı klubun saytı yayıb. Məlumatda 28 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlandığı qeyd edilib.

 

Qeyd edək ki, Baneqa “İnter”ə ötən ilin yayında, məhz “Sevilya”dan transfer olmuşdu.


Xəbər xətti