Ramil Şeydayev Slovakiya prezidenti ilə görüşdü

14:17 29 İyun 2017

Slovakiya prezidenti Andrey Kiska millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Jilina” klubunun üzvlərini qəbul edib.

 

Sportarena, bu haqda Slovakiya prezidentinin saytı məlumat yayıb. Futbolçumuz Ramil Şeydayevin da iştirak etdiyi görüşdə ölkə başçısı ötən mövsüm Slovakiya çempionu olan “Jilina”nı təbrik edib, onlara avrokuboklarda uğurlar arzulayıb.


Qeyd edək ki, “Jilina” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Kopenhagen”lə (Danimarka) qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti