"Qəbələ"nin rəqibi dəyişdi

11:14 30 İyun 2017

2017/18 mövsümünə Avstriyada hazırlaşan “Qəbələ” məşqlərini davam etdirir.

 

Sportarena.az xəbər verir ki, hazırlıq prosesinin ikinci mərhələsini Zalsburq bölgəsində gerçəkləşdirən “qırmızı-qaralar” gündə iki məşq keçir. Roman Qriqorçukun çalışdırdığı komanda iyunun 30-da növbəti yoxlama oyununda qüvvəsini sınayacaq. İkinci toplanışda ilk matçına çıxacaq “Qəbələ” mövsümlərarası dövrdə ümumilikdə 6-cı görüşünü keçirəcək.

 

Qriqorçukun yetirmələrinin Albaniyanın "Kukesi" klubu ilə qarşılaşması planlaşdırılsa da, rəqib dəyişib. Belə ki, "Qəbələ" bu gün Avstriyanın “Qrodiq” komandası ilə görüşəcək.


Digər xəbərlər

Xəbər xətti