Türkmənistan Güləş Federasiyasından Toğrulla bağlı AÇIQLAMA

Sportarena.az      30 İyun 2018, 14:15

“Toğrul Əsgərov Türkmənistana sadəcə tədbirə gəlmişdi. Biz onunla tanış olduq”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Türkmənistan Güləş Federasiyasının prezidenti Tahir Xanməmmədov deyib. O bildirib ki, Azərbaycan güləş yığmasının üzvü, Olimpiya Çempionu Toğrul Əsgərovun bu ölkənin millisində çıxış edəcəyi barədə xəbərlər həqiqətə uyğun deyil:

 

“Bu xəbərlər yalandır və Toğrula heç bir təklif olmayıb. Ölkəmizə bir neçə tanınmış güləşçi dəvət etmişdik. Eyni zamanda, Azərbaycan Güləş Federasiyasına da dəvət göndərmişdik. Onlar da bura Toğrulla Hacı Əliyevi yollamışdılar. Görüşdük, tanış olduq. Amma milliyə dəvət edək deyə bir məsələ yoxdur”.

 

Qeyd edək ki, dünən Toğrul Əsgərovun Azərbaycan millisini tərk edərək Türkmənistan bayrağı altında yarışlara qatılacağı haqqında xəbərlər yayılmışdı. Eyni zamanda, federasiya ilə güləşçilər arasında da müəyyən anlaşılmazlığın, narazılığın olduğu bildirilir.

 

Azərbaycan Güləş Federasiyası isə hələlik bu barədə heç bir açıqlama verməyib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin