Rəmiş Malıyevə UEFA-da vəzifə verildi

22:39 1 İyul 2017

UEFA-nın bütün komissiyalarının tərkibi açıqlanıb.
 
Sportarena.az xəbər verir ki, bu komissiyalardan yalnız birində Azərbaycan təmsilçisi yer alıb. Həmin şəxs AFFA-nın Hüquq və Kadr şöbəsinin müdiri Rəmiş Malıyevdir. O, UEFA-nın Hüquq Komissiyasında növbəti müddətə fəaliyyətini davam etdirəcək.
 
Komissiyanın sədri ispaniyalı Anhel Mariya Vilhardır. Peter Gillieron (İsveçrə), Françis De Keersmaeker (Belçika), Kristian Andreasen (Farer Adaları) və Andrey Pavelko (Ukrayna) sədrin müavinləri olacaqlar.
 
Komissiyanın üzvlərinə gəlincə, bunlar Efraim Barak (İsrail), Mark Boetekes (Hollandiya), Artan Hacdari (Albaniya, Herbert Hübel (Avstriya), Vladimir İveta (Xorvatiya), Ainar Leppenen (Estoniya), Luka Miranda (İtaliya), Kristof Malinovski (Polşa), Rəmiş Malıyev (Azərbaycan), Krister Malmsten (İsveç), Andrey McKinlay (Şotlandiya), Borislav Popov (Bolqarıstan), Eroll Salihu (Kosovo) və Saşa Zaqorçdur (Sloveniya).
 
Malıyev həm də UEFA-nın Azərbaycan üzrə danışılmış oyunlara qarşı mübarizə sahəsində nümayəndəsidi. (report.az)
 
Əlavə edək ki, o, həmçinin "İnter"də icraçı direktor postunda çalışır.


Xəbər xətti