"Çelsi" 36 yaşlı qapıçı transfer etdi

12:20 2 İyul 2017

Son İngiltərə çempionu "Çelsi" heyətini gücləndirib.

 

Sportarena.az xəbər verir ki, London təmsilçisi 36 yaşlı argentinalı qolkiper Villi Kabalyeronu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Argentinalı əlcək sahibi yeni klubuna azad agent statusu kimi keçib.

 

Qeyd edək ki, Kabalyeronun son iş klubu İngiltərənin digər təmsilçisi "Mançester Siti" olub.

 


Xəbər xətti