"Bu komandanın bir hissəsi olmaq istəyirəm" - “Qəbələ”nin yeni transferi

12:27 3 İyul 2017

“Qəbələ”nin yeni transferi Endryu Hallidey ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, şotlandiyalı futbolçu yerli mətbuata açıqlamasında “qırmızı-qaralar”la müqavilə bağlamamışdan öncə klubla bağlı geniş məlumat topladığını deyib:

 

“Müqavilə imzalamamışdan öncə klub barədə geniş məlumat toplamışdım. Əvvəllər bu komandanın formasını geyinmiş Qrem Smit və Şimali İrlandiya yığmasının heyətində Azərbaycan millisinə qarşı oynamış Li Hodsonla məsləhətləşdim. Onların hər ikisi Azərbaycanın gözəl ölkə olduğunu dedilər. 

 

Bu komandanın bir hissəsi olmaq, Avropa futbolunda yeni cığır açmaq istəyirəm. Burda hər şeyin tam peşəkar şəkildə qurulduğunu hiss edirəm. Komandanın heyətində rəsmi oyunlarda şans qazanacağım anı səbirsizliklə gözləyirəm. Doğrudu, çempionat barədə ətraflı məlumatım yoxdu, ancaq hazırda çox gözəl kollektivimiz olduğunu deyə bilərəm”.

 

Xatırladaq ki, 26 yaşlı yarımmüdafiəçi “Reyncers”dən 1 illik icarəyə götürülüb.


Xəbər xətti