"Differdanj" - "Zirə" oyunun hakimləri açıqlandı

16:05 3 İyul 2017

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Differdanj” – “Zirə” matçının hakimləri bəlli olub.

Sportarena.az xəbər verir ki, Lüksemburqda keçiriləcək oyunu slovakiyalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Boris Marhefka  olacaq. Ona yan xətt hakimləri Tomas Vorel və Yan Pozor kömək edəcək. Oyunun dördüncü hakimi Pavol Xmura olacaq.
 
Qeyd edək ki, iyulun 6-da Differdanj şəhər Munisipal stadionunda keçiriləcək oyunBakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti