"Zirə" üçün 10 avroluq oyun

17:03 3 İyul 2017

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Differdanj”la “Zirə” arasındakı cavab oyununun biletləri satışa çıxarılıb.

 

Sportarena.az xəbər verir ki, Lüksemburq təmsilçisinin ev oyununa giriş azarkeşlər üçün 10 avroya başa gələcək. Bütün tribunalara bileti eyni qiymətə müəyyənləşdirən “Differdanj” rəhbərliyi kassalarda fanatlarına forma da təklif edəcək. Komandanın futbol geyimləri 20 avroya, biletlə birlikdə isə güzəştlə 25 avroya satılır.

 
İyulun 6-da baş tutacaq oyun Differdanjdakı Munisipal şəhər stadionunda keçiriləcək. 2012-ci ildə inşa olunan bu balaca arena cəmi 1800 tamaşaçı tutur.
 
Qeyd edək ki, “Dufferdanj” – “Zirə” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti