"Şüvəlan" məşqlərə start verdi

10:29 4 İyul 2017

Birinci Divizionda mübarizə aparacaq “Şüvəlan” 2017/18 mövsümünün hazırlıqlarına start verib.

 

Sportarena.az xəbər verir ki, qəsəbə təmsilçisi bu gün klubun bazasında bir araya gəlib. 17:00-da başlayan məşq toplu çalışmalardan ibarət olub və təxminən saat yarım davam edib.

 

Qeyd edək ki, ilk iki həftə seleksiya xarakterli məşqlər olacaq və komandanın baş məşqçisi Aqil Nəbiyev bəzi futbolçuları nəzərdən keçirəcək.


Xəbər xətti