"Qarabağ" Bakıya döndü, istirahətsiz başladı

11:27 4 İyul 2017

"Qarabağ" Avstriyada təlim-məşq toplanışını başa vuraraq bu gün Bakıya qayıdıb.

 

Sportarena.az xəbər verir ki, səhər saatlarında Avstriyanı tərk edən və Zalsburq-İstanbul-Bakı reysi ilə hərəkət edən komanda axşam saatlarında vətənə çatıb. Futbolçular bu gündən etibarən klubun bazasında Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Samtredia” klubuna qarşı keçiriləcək matçın hazırlıqlarına start verəcək.

 

Qeyd edək ki, "Qarabağ" - "Samtredia” matçı iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq və saat 21:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti