"Beşiktaş" Pepeni razı sala bildi - FOTO

10:54 5 İyul 2017

Portuqaliya millisinin üzvü Pepenin “Beşiktaş”a transferi gerçəkləşib.


Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi instaqram səhifəsi məlumat yayıb. “Real”dan ayrılan təcrübəli müdafiəçi İstanbul klubuna azad agent kimi keçib. Bugünlərdə son Avropa çempionatının qalibi ilə rəsmi müqavilə bağlanacağı bildirilir.

Qeyd edək ki, Pepenin PSJ-yə transferi son anda baş tutmayıb. Paris klubunda tibbi müayinədən uğurla keçsə də, tərəflər müqavilənin müddəti ilə bağlı razılığa gələ bilməyiblər.

 


Digər xəbərlər

Xəbər xətti