"Mladost" Bakıda məşqə çıxdı

11:33 5 İyul 2017

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “İnter”in qonağı olacaq Serbiyanın “Mladost” komandası Bakıda ilk məşqinə çıxıb.

 

Sportarena.az xəbər verir ki, yerli şəraitə uyğunlaşmaq üçün oyundan bir neçə gün öncə Azərbaycana təşrif buyuran Luçani təmsilçisi ötən gün Bakıda ilk məşqə də çıxıb.  Serblər Azərbaycan millisinin bazasın hazırlıq keçiblər. Bu gün isə Nenad Milovanoviçin komandası oyunun keçiriləcəyi “Dalğa Arena”da məşq edəcək. 

 

Qeyd edək ki, “İnter” “Mladost”la səfər matçında 3:0 hesabıyla qalib gəlib. Tərəflər arasındakı cavab görüşü iyulun 6-da keçiriləcək və saat 21:00-da start götürəcək.


Xəbər xətti