Türk güləşçi ermənini uddu, Azərbaycan bayrağı ilə sevindi

Sportarena.az      5 İyul 2018, 12:28

Almaniyanın Dortmund şəhərində keçirilmiş gənclər arasında Avropa çempionatında türkiyəli yunan-Roma güləşçisi Cemal Mutlu Azərbaycan bayrağı dalğalandırıb.

 

Sportarena.az xəbər verir ki, Mutlu 50 kq çəki dərəcəsində Ermənistan təmsilçisi Aşot Mxitaryan üzərində qələbə qazandığı 3-cü yer uğrunda görüşdən sonra bu addımı atıb. O, rəqibini 10:2 hesablı tam üstünlüklə vaxtından əvvəl yenərək, bürünc medala sahib çıxıb. Qarşılaşmanın ardından gənc pəhləvan Türkiyə və Azərbaycan bayraqları ilə birgə dövrə vurub.

 

Qeyd edək ki, bu çəki dərəcəsində finalda Azərbaycan təmsilçisi Zülfüqar Əliyev finalda gürcüstanlı Ramaz Silaqavaya 1:5 hesabı ilə uduzaraq, gümüş medal qazanıb (report). 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin