"Samtredia" - "Qarabağ" oyununun vaxtı açıqlandı

13:08 5 İyul 2017

Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Qarabağ”ın Gürcüstan çempionu “Samtredia” ilə 2-ci təsnifat mərhələsinin cavab matçının başlama saatı bəlli olub.

Sportarena.az xəbər verir ki, bu komandalar arasında cavab oyunu iyulun 18-də, Tiflisdə baş tutacaq. Matç saat 21:00-da, Boris Payçadze adına “Dinamo” stadionunda keçiriləcək. 

Bu komandalar arasında ilk oyun iyulun 11-də, saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti