Renatlı "Ayntraxt" 15 qol vurdu

22:01 5 İyul 2017

Növbəti mövsümə hazırlığı davam etdirən Almaniyanın "Ayntraxt" klubu yoxlama görüşü keçirib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi Frankfurt təmsilçisi yerli "Heftrix"lə qarşılaşıb. Oyun futbolçumuzun komandasının 15:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Millimizin forvardı fasilədən sonra meydana çıxıb. Lakin o, adını fərqlənənlərin sırasına yazdıra bilməyib.


Xəbər xətti