Jeznçiak: "Çempionlar Liqasında daha da yaxşı yerlərə gedəcəyik"

17:26 6 İyul 2017

“Azərbaycanın ən yaxşı komandasının - “Qarabağ”ın bir üzvü olduğum üçün çox xoşbəxtəm”.

Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni transferi Yakub Jeznçiak klubun rəsmi saytına açıqlamasında deyib. O, Ağdam klubuna keçdiyi üçün sevincli olduğunu, komanda ilə  böyük uğurlar qazanmaq istədiyini söyləyib:


“Mənim üçün bura gəlmək həyəcanlıdır. Çünki geridə qalan 13 ili “Qarabağ” kimi köklü klub olan “Legiya”da keçirmişəm. Bir təcrübəli futbolçu kimi bütün gücüm və mübarizəmlə “Qarabağ”a kömək edəcəm. Komandamda yeni məqsədlər üçün mübarizə aparacam və ümid edirəm ki, bu mövsüm Çempionlar Liqasında daha da yaxşı yerlərə gedəcəyik. Anlayıram ki, azarkeşlərin məndən gözləntiləri böyükdür. Yayda sabiq komandam “Legiya” ilə təlim-məşq toplanışında iştirak etmişəm və yeni mövsümə özümü tam hazır sayıram. Sonda isə “Qarabağ”da çalışan hər kəsə və azarkeşlərə məni burada isti qarşıladıqları üçün təşəkkür edirəm”.


Xəbər xətti