"Qarabağ"dan növbəti transfer - RƏSMİ

18:11 6 İyul 2017

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” növbəti keçidini reallaşdırıb.

Sportarena.az xəbər verir ki, “Alanyaspor”un yarımmüdafiəçisi Vild-Donald Gerye Ağdam təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Haiti millisinin üzvü peşəkar karyerasına ölkəsinin “Amerika De Ke” klubunda başlayan Vild-Donald Gerye 2013-cü ilin yayında Polşanın “Visla” klubuna transfer olunub. 2013-2016-ci illərdə “Visla”da 75 oyuna çıxan 28 yaşlı yarımmüdafiəçi 20 qolla yadda qalıb. Geridə qalan mövsümdə isə “Alanyaspor” forması altında 24 oyunda 4 qolla yadda qalıb.


Xəbər xətti