"Sampdoriya"dan "İnter"ə

17:16 7 İyul 2017

İtaliya A seriyası təmsilçisi “İnter” heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportarena.az xəbər verir ki, “neradzurra” “Sampdoriya”nın müdafiəçisi Milan Şkriniarı heyətinə cəlb edib. Bu barədə məlumatı Milan təmsilçisinin mətbuat xidməti yayıb. Müqaviləyə əsasən, slovakiyalı futbolçu qarşıdakı 5 ildə “İnter”in şərəfini qoruyacaq. Klub onun transferi üçün 18 milyon avro ödəyib.

 

Mərkəz və sol cinah müdafiəçisi mövqeyində çıxış edən 22 yaşlı futbolçu Slovakiya millisinin də üzvüdü.


Digər xəbərlər

Xəbər xətti