"Kəpəz" "Bakı"ya qalib gəldi

10:16 9 İyul 2017

Yeni mövsümünə hazırlaşan “Kəpəz” Bakıdakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. 

Sportarena.az xəbər verir ki,  "sarı-göylər"  həvəskarlar liqasında mübarizə aparan “Bakı” ilə qarşılaşıb. Oyun Gəncə klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Kəpəz" növbəti yoxlama matçını “Neftçi”yə qarşı keçirəcək. Oyun iyulun 11-nə nəzərdə tutulub.


Xəbər xətti