Klublarımızın cavab oyunlarının vaxtı açıqlandı

10:39 9 İyul 2017

Avropa Liqasında ölkəmizi təmsil edən "İnter", "Qəbələ" və "Zirə"nin  II təsnifat mərhələsində cavab oyunlarının başlama saatı açıqlanıb.
 

Sportarena.az xəbər verir ki, iyulun 20-də keçiriləcək qarşılaşmalar müxtəlif saatlarda başlayacaq. Lüksemburqda baş tutacaq “Fola” – “İnter” oyunu Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.  “Qəbələ”nin Polşada “Yagelloniya” ilə oyunu Bakı vaxtı ilə 22:30-da başlayacaq.

Bakıda “Dalğa Arena”da keçiriləcək “Zirə” - “Astra” (Rumıniya) oyununun start fiti isə saat 21:00-da veriləcək.


Xəbər xətti