Renat ABŞ klubuna qarşı oynadı

11:49 9 İyul 2017

Almaniya Bundesliqasının yeni mövsümünə hazırlaşan "Ayntraxt" ABŞ-dakı təlim-məşq toplanışını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu Frankfurt təmsilçisi ötən gecə növbəti yoxlama matçını keçirib. Sözügedən komanda ABŞ-ın "Sietl Saunders" klubu ilə qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb.

 

Dadaşov da bu matçın iştirakçısı olub. O, fasilədən sonra meydana çıxıb və 45 dəqiqə oynayıb.


Xəbər xətti