“Qəbələ” 3 yoxlama oyunu keçirəcək

Sportarena.az      9 İyul 2018, 13:21

“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası yeni mövsümün hazırlıqlarını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, iyulun 5-də bir araya gələn “qırmızı-qaralar” məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir. Baş məşqçi Elmar Baxşıyevin rəhbərliyi altında çalışan komanda iyulun 16-dək doğma arenada hazırlıq keçəcək. Ardınca Bakıya yollanacaq əvəzedicilər məşqlərini paytaxtda davam etdirəcək.

 

İyulun 23-nə qədər sürəcək hazırlıq prosesinin ikinci hissəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. “Qəbələ” ilk matçını ayın 17-də keçirəcək. Komanda Bakıda “Kəpəz”in əvəzediciləri ilə üz-üzə gələcək. Üç gün sonra “qırmızı-qaralar” Sumqayıtda eyniadlı klubun əvəzediciləri ilə qarşılaşacaq. “Qəbələ”nin üçüncü matçı isə ayın 23-də baş tutacaq. Həmin yoxlama oyunundakı rəqibin adı hələ dəqiqləşməyib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin