Dmitri Nazarov sıradan çıxdı

15:16 9 İyul 2017

Almaniya 2-ci Bundesliqasında növbəti mövsümə hazırlaşan "Aue" Avstriyadakı təlim-məşq toplanışı davam etdirir. 

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü olan Dmitri Nazarovun komandası yerli LASK klubu ilə yoxlama görüşü keçirib və 1:2 hesablı məğlub olub.

 

Nazarov bu oyunun iştirakçısı olmayıb. Buna onun toplanış zamanı zədə alması səbəb olub. Bu barədə Aue klubunun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, millimizin futbolçusu üçün Avstriya toplanışı erkən başa çatıb və o, iyulun 7-də komandanın fizioterapevti Mari Koxla birlikdə Aueyə qayıdıb. Sol ayağında ağrılar olan futbolçu yerli klinikalardan birində müayinə və müalicə olunacaq. Onun əməliyyat olunması ehtimalı da var.


Digər xəbərlər

Xəbər xətti