"Çelsi" 35 milyona müdafiəçi transfer etdi

12:21 10 İyul 2017

İngiltərənin "Çelsi" klubu növbəti transferini rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, London təmsilçisi İtaliyanın "Roma" klubunun müdafiəçisi Antonio Rudigeri heyətinə qatıb. Bu barədə "zadəganlar"ın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Almaniya yığmasının müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu yeni komandasında 2 nömrəli forma altında oynayacaq.

 

"Çelsi"nin saytı transferin maliyyə detalları barədə açıqlama verməsə də, "Roma" bu barədə məlumat yayıb. Paytaxt təmsilçisinin rəsmi saytının yazdığına görə, İngiltərə çempionu bu transfer qarşılığında qarşı tərəfə 35 milyon avro ödəyəcək. Bonuslarla bu məbləğ 39 milyon avroya qədər yüksələ bilər.


Digər xəbərlər

Xəbər xətti