“Astra” - “Zirə” matçında belaruslu hakimlər

15:36 10 İyul 2017

 

Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Astra" (Rumıniya) - "Zirə" matçının hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, oyunu Sergey Sinkeviçin başçılıq etdiyi belaruslu hakimlər briqadası idarə edəcək. Köməkçi hakimlər Vitali Malyutin və Yevgeni Romanov olacaq. Ehtiyat hakim funksiyasını Viktor Şimusik yerinə yetirəcək.


"Astra" - "Zirə" görüşü iyulun 13-də, saat 21:30-da başlayacaq. Cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.


Xəbər xətti