“Qəbələ” - “Yagelloniya” matçının biletləri satışda

15:54 10 İyul 2017

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qəbələ" - "Yagelloniya" (Polşa) oyununun biletləri satışa çıxarılıb.

 

Sportarena.az “Qəbələ”nin saytına istinadən xəbər verir ki, biletləri bu gün saat 15:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) və 8-ci km stadionunun kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdı.

 

Qeyd edək ki, iyulun 13-də 8-ci km stadionunda keçiriləcək "Qəbələ" - "Yagelloniya" matçı saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti