“Neftçi” “Kəpəz”in anlaşdığı futbolçunu necə oğurlamaq istəyir?

16:56 10 İyul 2017

“Kəpəz”in Mali yığmasının 20 və 23 yaşadək yığma komandalarına dəvət olunan mərkəz yarımmüdafiəçisi Dialo Samba ilə anlaşdığı haqda məlumat vermişdik. Lakin Gəncə klubu hazırda çətin vəziyyətlə üzləşib.

 

Sportarena.az Rekord.az-a istinadən xəbər verir ki, SOCAR-dan bahalı transferlər üçün büdcə ala bilməyən “Neftçi” digər klubların danışıq apardığı futbolçuları “oğurlamaq” metodunu seçib.

 

Belə ki, “ağ qaralar” gizlin olaraq malili futbolçu ilə əlaqə saxlayaraq ona “Neftçi”yə keçməyi təklif edib. Malili futbolçu və onun meneceri isə artıq “Kəpəz”lə anlaşdıqlarını bildirib. “Neftçi” isə futbolçuya “Kəpəz”də alacağından 5 min maanat yuxarı maaş təklif edərək onun israrla “Neftçi”yə keçidinə nail olmaq istəyib. Məsələdən xəbər tutan “Kəpəz” tərəfi də “Neftçi”nin bu hərəkətindən hiddətlənib. Onlar ümid edir ki, Samba “Kəpəz”ə verdiyi sözə əməl edib bu klubun düşərgəsinə gələcək.


Digər xəbərlər

Xəbər xətti